Avropa Gecəsi: “Qarabağ” və “Napoli” üz-üzə gəlir
“Qarabağ”ın “Napoli” ilə qarşılaşması böyük həyəcan yaradıb. Oyundan əvvəl əsas diqqət komandanın müdafiədə sabitliyinə və sürətli hücumlarla imkanları dəyərləndirə bilməsinə yönəlib.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında qeyd edib ki, oyunun əhəmiyyəti həddindən artıq çoxdur, çünki bu həm bizim, həm də rəqib komandanın baxımından belədir:
“Bizim hazırda 7 xalımız var və qarşıdakı 4 oyunda bir neçə xal toplamalıyıq ki, 1/24 final mərhələsinə çıxa bilək. Napoli isə daha acınacaqlı vəziyyətdədir- onların cəmi 4 xalı var və ev oyunları da var. Onlara mütləq qələbə lazımdır. Qarabağ komandası baxımından heç-heçə də çox yaxşı nəticə ola bilər. Oyun çox aqressiv keçəcək, ikili mübarizələrlə dolu olacaq. Ümumiyyətlə, bu il Qarabağ bütün oyunlara yüksək təzyiqlə başlayır, rəqibə qarşı pressinq tətbiq edir. Eyni şəkildə bu oyuna da başlayacaqlar. Bu oyun hər iki komandanın gələcək taleyinə müəyyən qədər təsir edəcək. Nəticə, qrupdan çıxmaq baxımından çox vacibdir”.
Mələk Hüseynova
