Avropa ikincisi “12 Nəhəng Adam” Vətənə qayıdıb
2025 Avropa Basketbol Çempionatının finalında Almaniyaya uduzaraq gümüş medal qazanan Türkiyə millisi Riqadan İstanbula dönüb. İstanbul Hava Limanında komandani Gənclik və İdman naziri Osman Aşkın Bak qarşılayıb.
Bakan Bak çıxışında komandanı, baş məşqçi Ergin Atamanı və bütün heyəti təbrik edərək “Türk basketbolu üçün böyük qürur yaşatdınız, inanırıq ki, gələcəkdə çempion olacaqsınız” deyib. Baş məşqçi Ergin Ataman isə finalı belə dəyərləndirib: “38 dəqiqə oyuna nəzarət etdik, amma son anda şanssızlıq olub. Gənc və güclü komandamız var, hədəfimiz Dünya Çempionluğu olacaq. Bir gün Avropa çempionu olacağımıza inanırıq”.
TRT Haber
Mələk Hüseynova
