00:00:00
Yazar
Admin User
22.06.2023 13:46 308 1 dəq oxuma
Sosial

Avropa İttifaqı: Ağcaqanadlar xəstəliklərin yayılmasını artıra bilər

Avropa İttifaqı: Ağcaqanadlar xəstəliklərin yayılmasını artıra bilər

Aİ-yə bağlı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (AXQANM) hazırladığı hesabata görə,  hava hərarətinin yüksəlməsi, daşqınlar və uzun müddət Avropada iqlim dəyişikliyinə görə, Asiya pələngi ağcaqanad və sarı qızdırma ağcaqanad növlərinin çoxalma qabiliyyəti artıb.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Asiya pələngi ağcaqanadları Şimali və Qərbi Avropada çox yayılıb. 2013-cü ildə Avropanın 8 ölkəsində 114 bölgədə rast gəlinən növə bu il 13 ölkənin 337 bölgəsində rast gəlinir.

 

Asiya pələngi ağcaqanadının danq qızdırması və çikunqunya kimi xəstəlikləri daşıdığı məlumdur. Avropanın bir çox yerində görülən sarı qızdırma ağcaqanadının dang qızdırması, sarı qızdırma, çikunqunya, zika və Qərbi Nil virusunu bölgəyə yayma riski olduğu bildirilib.

 

AXQANM direktoru Andrea Ammon xəstəliklərin yayılmasının qarşısını almaq üçün ağcaqanad populyasiyasına nəzarətin və fərdi mühafizə tədbirlərinin tətbiqinin vacibliyini vurğulayıb.

 

Hesabatda ağcaqanad böhranının öhdəsindən gəlmək üçün təbiətə zərər verməyən və durğun suda sürfələri öldürən dərmanlardan istifadə edilməsi, ağcaqanadların keçə biləcəyi xəstəliklərlə bağlı cəmiyyətdə maarifləndirmənin aparılması tövsiyə olunub.

 

Qeyd olunub ki, xüsusilə Qərbi Nil virusu ensefalit, meningit və nevroloji zədələrə səbəb ola və ölümlə nəticələnə bilər.

 

Fatimə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər