00:00:00
Yazar
Ayşən Səlimova
27.03.2026 19:41 18 2 dəq oxuma
Dünya

Avropa İttifaqı–Ermənistan sammiti Cənubi Qafqazda geosiyasi dəyişiklikləri vurğulayır

Avropa İttifaqı–Ermənistan sammiti Cənubi Qafqazda geosiyasi dəyişiklikləri vurğulayır

Avropa İttifaqı–Ermənistan arasında ilk sammit 4–5 may tarixlərində keçiriləcək. Bu barədə Aİ Şurasının prezidenti Antonio Costa məlumat verib. Sammitdə enerji, nəqliyyat, rəqəmsal əməkdaşlıq, regional təhlükəsizlik və sülh məsələlərinin müzakirəsi planlaşdırılır. Tədbirdən əvvəl Ursula von der Leyen də daxil olmaqla Aİ rəhbərliyi Yerevanda Avropa Siyasi İctimaiyyəti toplantısında iştirak edəcək.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tənzilə Rüstəmxanlı “İnformator.az” a açıqlamasında bildirib ki, Ermənistanın Rusiyadan qismən uzaqlaşması Aİ ilə əlaqələrin dərinləşməsinə səbəb olub :

 

 

“Ermənistanda keçiriləcək sammiti bütövlükdə Cənubi Qafqaz siyasəti baxımdan dəyərləndirmək lazımdır. Avropa İttifaqı üçün Cənubi Qafqazın geostrateji əhəmiyyəti artıb. Cənubi  Qafqaz Aİ - nin enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi və Mərkəzi Asiyaya çıxışı baxımından mühüm geosiyasi məkana çevrilib. Rusiya - Ukrayna müharibəsi bu əhəmiyyəti daha da gücləndirib. Ermənistan uzun müddət Aİ ilə sıx əməkdaşlıq etməyə çalışsa da, Rusiyanın siyasi təsiri onun tam inteqrasiya yolunu məhdudlaşdırmışdır. Yalnız son illər Ermənistan - Aİ münasibətlərində geosiyasi yön dəyişikliyi müşahidə edilir. 2020-ci ildən sonra Ermənistanın Rusiyadan qismən uzaqlaşması Aİ ilə əlaqələrin dərinləşməsinə səbəb olub və bu proses geniş maliyyə paketləri, siyasi dəstək və institusional yaxınlaşma ilə müşayiət olunur. Azərbaycan Aİ ilə münasibətlərində fərqli yanaşma sərgiləyibdir. Rəsmi Bakı milli maraqlarına uyğun balanslı xarici siyasət kursu yürütdüyündən, Aİ ilə dərin siyasi inteqrasiyadan çəkinmiş və daha çox strateji və bərabərhüquqlu əməkdaşlığa üstünlük vermişdir. 2020-ci ildən sonra, İkinci Qarabağ müharibəsinin yaratdığı yeni geosiyasi  reallıq Aİ-Azərbaycan münasibətlərinə həm mənfi, həm də müsbət təsirlər göstərib. Bir tərəfdən, müharibədən sonra Aİ strukturlarının bəziləri Azərbaycanın davranışını kəskin tənqid edən mövqelər ortaya qoyublar. Digər tərəfdən isə Avropanın enerji təhlükəsizliyi prizmasından Azərbaycanla strateji əməkdaşlığın aktuallığı artdı.Avropa İttifaqının Cənubi Qafqaz siyasəti son 30 ildə müxtəlif mərhələlərdən keçib. 1990-cı illərdə münasibətlər quruculuq və yardım xarakteri daşıyırdısa, 2000-2010-cu illərdə tədricən institusional tərəfdaşlıqlara çevrilib. Bu gün isə Aİ regionda özünün geosiyasi və geoiqtisadi maraqlaqrına uyğun olaraq çoxşaxəli fəaliyyət göstərir”.

 

Aydan Əsgərxanlı

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər