Avropa Komissiyası “Drujba”nı yoxlamağı təklif edir
Macarıstanın Ukraynaya 90 milyard avroluq kreditə qoyduğu veto uzandıqca, Avropa Komissiyasının mübahisə mərkəzində olan "Drujba" neft kəmərindəki zərəri yoxlamaq üçün rəsmi təklif irəli sürüb.
Avropa Komissiyası Ukraynadan xahiş edib ki, müfəttişlər Drujba neft kəmərindəki zərəri yoxlasın. Bu addım Macarıstanın əsas tələbinə cavab olaraq atılır; ölkə Ukraynaya kritik 90 milyard avroluq kreditin aktivləşməsinə qədər vetosunu saxlayır.
“Biz bir neçə həftədir bu məsələ ilə bağlı Ukrayna ilə intensiv danışıqlar aparırıq və əlaqədəyik", - deyə Avropa Komissiyasının sözçüsü bildirib.
Euronews
Zəri Bayramlı