00:00:00
Yazar
Admin User
04.02.2026 05:36 54 1 dəq oxuma
Dünya

Avropa Komissiyasının rəhbəri ticarət sazişi bağlamaq üçün Avstraliyaya səfər edəcək

Avropa Komissiyasının rəhbəri ticarət sazişi bağlamaq üçün Avstraliyaya səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen təhlükəsizlik və ticarət sazişləri bağlamaq üçün fevral ayında Avstraliyaya səfər etməyi planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

 

Kanberra ilə bağlanan müqavilə Avropa İttifaqına litium və mis kimi strateji minerallar üçün Avstraliya bazarına daha geniş çıxış imkanı verəcək.

 

Əvvəlki ticarət danışıqları 2023-cü ilin sonunda mal əti və quzu əti kvotaları ilə bağlı fikir ayrılıqları səbəbindən pozulmuşdu. Qeyd olunub ki, Brüssel onları bərpa etmək üçün addımlar atıb, lakin kvotalar hələ də müzakirə mərhələsindədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər