00:00:00
Yazar
Lalə Qafarova
20.05.2026 22:37 33 1 dəq oxuma
Dünya

Avropa ölkələrindən İsrailə sərt reaksiya: Diplomatlardan izahat tələb edilib

Avropa ölkələrindən İsrailə sərt reaksiya: Diplomatlardan izahat tələb edilib

“Qlobal Sumud Donanması” fəallarına qarşı tətbiq edilən rəftar Avropa ölkələrinin ciddi narazılığına səbəb olub. Fransa, İngiltərə, Avstriya, İtaliya, Belçika, İspaniya, Yunanıstan və Hollandiya İsrailli diplomatları Xarici İşlər nazirliklərinə çağıraraq rəsmi izahat tələb edib.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə fəalların saxlanılma şəraiti və onlara qarşı münasibət böyük etiraz doğurub. Hollandiya Baş naziri Rob Jetten baş verənləri “tamamilə qəbuledilməz” adlandıraraq İsrail səfirinin nazirliyə çağırıldığını açıqlayıb.

 

İtaliya Baş naziri Giorgia Meloni və xarici işlər naziri Antonio Tajani də görüntülərə sərt reaksiya verib. Meloni İsrailin fəalları beynəlxalq sularda qanunsuz şəkildə saxladığını bildirərək, aralarında italiyalıların da olduğu şəxslərə qarşı alçaldıcı münasibətin qəbul edilməyəcəyini vurğulayıb. O, həmçinin İsraildən rəsmi üzr tələb olunduğunu qeyd edib.

 

İspaniya hökuməti isə fəallara qarşı davranışı “qəddar və insanlıqdan uzaq” kimi qiymətləndirərək İsraildən açıqlama və üzr istəyib. İngiltərənin daxili işlər naziri Yvette Cooper də yayılan videoların onu dəhşətə gətirdiyini bildirib və bunun insan haqları ilə bağlı əsas prinsiplərin pozulması olduğunu deyib.

 

Baş verən hadisə Avropa ilə İsrail arasında yeni diplomatik gərginliyə səbəb olub.

 

TRT HABER 

Reyhan Qulizadə

#tələb #ölkələrindən #edilib #izahat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər