Avropada işsizlik problemi sürətlə artır
Avropada statistika onu göstərir ki, işsizlik səviyyəsi 6,4 faizdir. Bəs bunun əsas səbəbləri və vəziyyətdən çıxış yolu nədir?
Hazırda Avropada 12,802 milyon işsiz var. Ən yüksək işsizlik səviyyəsi 11,7 faizlə İspaniyada, 11,1 faizlə Yunanıstanda qeydə alınıb. Siyahıda daha sonrakı yerlərdə Litva və İsveçdir. Ən aşağı işsizlik göstəriciləri olan ölkələr isə Malta, Polşa, Çexiya və Almaniyadır. Həmçinin nəticələrə görə, qadınların kişilərə nisbətən daha çox işsiz olduğu təsdiqlənib. Faizlərin əsasını 25 yaşdan aşağı gənclər təşkil edir.
Mütəxəssis Nunzia Katalf bu gənclərin qayğısına qalınmalı olduğunu bildirib: “Onlara təhsil və təlim vasitəsilə kömək etməli olan sosial xidmətləri gücləndirməliyik. Çünki təhsilin olmaması əmək bazarından təcrid olmaq deməkdir. Bu isə sonda insanların fəaliyyətsiz və ya işsiz qalmasına gətirib çıxarır”.
Bundan öncəki statistikalarda işsizlik faizi uzun müddət stabil qalsa da, hazırda bu hal bütün Avrozona üçün sosial və iqtisadi problemlər yaratmağa davam edir. Belə ki, iqtisadçıların araşdırmasına əsasən problemin əsas səbəbləri qeyri-sabit əmək bazarları, müavinətlər, miqrant axınının az olması, kredit böhranı və qlobal tənəzzül göstərilir.
İqtisadçı Samir Heydərov bildirib ki, Avropa Birliyindəki işsizlik səviyyəsi təbii ki burda izlənilən iqtisadi siyasətlərdən də qaynaqlana bilər: “Belə ki Avropada artıq uzun müddətdə ucuz kredit faizləri nəticə etibarilə pulun immessiyasının artırılmasıyla nəticələnib. Pulun həddindən artıq istifadə edilməsi, fiziki şəxslərin və hüquqi şəxslərin istehlak xərclərini artırıb. İstehlak xərclərinin artırılması bir tərəfdən Avropada istehsal olunan əmtəə xidmətlərinin satılmasıyla əlaqələnsə də, digər tərəfdən ənənəvi enerjinin də qiymətlərinin artmasına gətirib çıxarıb”.
Avropa tədqiqatçıları bu problemin həllini bir neçə yolda görürlər. Əgər sənaye texnikasında yenilik, təhsil sistemində dəyişiklik, məşğulluğun, istehsalın artımı, kapitalın formalaşmasının sürətləndirilməsi hallarına ciddi nəzarət edilərsə bu zaman ölkədə kifayət qədər iş artımı müşahidə olunar. Bundan əlavə, işsizlik problemini həll etmək üçün əhalinin artımı davamlı olaraq yoxlanılmalıdır.
Mədinə
