00:00:00
Yazar
Güllər Gülhüseynova
12.07.2026 17:43 22 1 dəq oxuma
Dünya

Avropalı diplomatlar İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsini müzakirə edəcəklər

Avropalı diplomatlar İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsini müzakirə edəcəklər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri iyulun 13-də Brüsseldə keçiriləcək görüşdə Qəzzada davam edən humanitar böhran və İordan çayının Qərb sahilində gərginliyin artması fonunda İsrailin Fələstin ərazilərində yerləşən yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsi imkanını müzakirə edəcəklər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

 

Bununla belə, Aİ-yə üzv 27 ölkənin xarici işlər nazirlərinin İsrailə münasibətdə blok daxilində mövcud fikir ayrılıqları səbəbindən ticarətlə bağlı hər hansı qərar qəbul etməsi gözlənilmir.

 

Avropa Komissiyasının sənədinə əsasən, İsrail yaşayış məntəqələrindən idxalın qismən və ya tam qadağan edilməsi, ticarəti iqtisadi baxımdan məqsədəuyğun olmayan səviyyəyə çatdıracaq yüksək gömrük rüsumlarının tətbiqi, yaxud idxal üçün lisenziyalaşdırma sisteminin yaradılması variantları nəzərdən keçirilir.

#yeni #edilməsini #azərbaycan #müzakirə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər