00:00:00
Yazar
Admin User
02.10.2025 18:05 104 1 dəq oxuma
İdman

Avropanın 5 böyük liqasında zirvəyə "Barcelona" qalxıb

Avropanın 5 böyük liqasında zirvəyə "Barcelona" qalxıb

İspaniyada "Barcelona" 2:1 hesabı ilə "Real Sociedad"ı məğlub edərək liderliyə yüksəlib. "Real Madrid" isə "Atletico Madrid"ə 2:5 uduzub. Oyunda Madrid təmsilçisinin qollarını Le Normand, Sörloth, Alvarez (2) və Griezmann vurub. "Real"ın qolları isə Mbappe və Arda Gülerdən gəlib. Hazırda La Liqada "Barcelona" 19 xalla birinci, "Real Madrid" 18 xalla ikinci, "Villarreal" isə 16 xalla üçüncüdür.

 

İdman mütəxəssisi Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, "Barcelona"nın bu uğuru əldə etməsində əsas səbəb obyektiv oyun nümayiş etdirib fürsəti əldən verməməsi olub:

 

"Həmçinin "Barcelona"nın çox zəngin heyəti var, hər mövqedə komandanı irəli apara biləcək potensialda futbolçulara sahibdir. Çempionlar Liqasının təzə başladığı nəzərə alınanda gələcək oyunlar haqqında dəqiq bir statistika demək mümkün olmur. "Barcelona" da, "Real Madrid" də xal itirməmək uğrunda mübarizə aparacaqlar. Hələ ki, hər şey qaydasında irəliləyir, qarşıda həyəcanlı turnirlərin bizi qarşılayacağı gözlənilir".

 

Mələk Nəsirli

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər