Avropanın Qrenlandiya planı
Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatları fonunda mümkün addımları müzakirə edir. Fransa, Almaniya və digər müttəfiqlər ABŞ-nin adanı ələ keçirməyə cəhd göstərəcəyi halda necə reaksiya verilə biləcəyini əlaqələndirir.
Bu mövzu NATO daxilində də narahatlıq doğurur.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot məsələnin Almaniya və Polşa xarici işlər nazirləri ilə görüşdə qaldırılacağını bildirib. Almaniya isə Qrenlandiya ilə bağlı növbəti addımlar üzrə Avropa ölkələri və Danimarka ilə sıx əməkdaşlıq aparır. Avropa rəsmiləri prosesdə əsas rolun Danimarkaya məxsus olduğunu vurğulayır.
Tramp Qrenlandiyanı ABŞ üçün strateji əhəmiyyətli ərazi hesab edir və bu mövqeni son günlər yenidən səsləndirir. Avropanın aparıcı dövlətləri və Kanada Qrenlandiyaya dəstək ifadə edərək adanın xalqına məxsus olduğunu bildirir. Məsələnin NATO çərçivəsində müzakirəsi də gündəmdə qalır.
Reuters
Qəmər Kazımzadə
