Avropanın Ukrayna danışıqlarında rolu yoxdur
“Kiyevi siyasi, hərbi, maliyyə və ideoloji baxımdan geniş şəkildə dəstəkləyən Avropa ölkələri əslində Ukrayna münaqişəsinin tərəfinə çevriliblər”, - Rusiya Federasiyasının Almaniyadakı səfiri Sergey Neçayev bildirib.
Rusiya Federasiyasının Almaniyadakı səfiri Sergey Neçayev TASS-a açıqlamasında bildirib ki, Avropanın Ukrayna üzrə danışıqlar prosesinə verə biləcəyi heç bir konstruktiv töhfə yoxdur. Bu səbəbdən onların prosesə cəlb olunmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, Kiyevi siyasi, hərbi, maliyyə və ideoloji baxımdan kütləvi şəkildə dəstəkləyən Avropa ölkələri faktiki olaraq Ukrayna münaqişəsinin bir tərəfidir. Rusiyayla siyasi-diplomatik dialoqun qurulmasında maraqlı deyillər. “Bu şəraitdə avropalıların hazırda danışıqlar prosesində iştirak etməsi üçün heç bir məna görmürük. Onların mövqeyi bizə yaxşı məlumdur. Onlar danışıqlar üçün heç bir konstruktiv gündəm təklif edə bilmirlər”,- deyə Neçayev vurğulayıb.
TASS
Nuray Əliyeva
