Avstraliya Trampı tənqid edən səfirini ABŞ-dən geri çağırıb
Avstraliya hökuməti ABŞ-dəki səfiri Kevin Raddı geri çağırıb.
“İnformator.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albaneze məlumat verib.
ABŞ-dəki diplomatik missiyaya Qreq Moriarti yeni rəhbər təyin edilib. Baş nazir bildirib ki, əvvəllər Avstraliyanın müdafiə naziri və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığında çalışmış Q.Moriarti böyük təcrübəyə malikdir.
Qeyd edək ki, ABŞ-yə səfir təyin olunmazdan əvvəl Avstraliyanın keçmiş baş naziri olan Kevin Radd dəfələrlə sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Tramp haqqında tənqidi fikirlər yazıb. O, 2024-cü ildə Trampın prezident seçkisində qələbəsindən sonra bəzi paylaşımlarını silib və ABŞ liderindən üzr istəyib.
