00:00:00
Yazar
Admin User
05.07.2023 10:59 195 2 dəq oxuma
Sosial

Avtomobil qiymətinə qeydiyyat nömrələri: 37 000 azn-ə də var, 52 500 Azn-ə də

Avtomobil qiymətinə qeydiyyat nömrələri: 37 000 azn-ə də var, 52 500 Azn-ə də

Avtomobilinin qeydiyyat nömrəsinin xüsusi olmağını istəyən sürücülər bu nömrəyə yüksək məbləğ xərcləyirlər. Təbii ki, qiymətlər rəqəmlərin, hərflərin kombinasiyasına görə dəyişir. Amma bəzi saytlar sürücülərin bu marağından sui-istifadə edib adi nömrələri də fantastik qiymətə satışa çıxarırlar. Ümumən qiymətlərin bu cür müəyyənləşdirilməsi nə dərəcə doğrudur?

 

İnformator.az bildirir ki, sürücülərin müəyyən bir qismi idarə etdiyi avtomobillərlə bərabər onların üzərindəki dövlət nömrə nişanına da önəm verir. Hətta nömrənin dırnaqarası desək, "zerkalnı" olması üçün yüksək məbləğ xərcləyənlər də var. Amma bəzi ticarət saytlarında satışa qoyulan qeydiyyat nişanları nəinki yüksək, hətta fantastik qiymətə satılır.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, bu cür şəxslər əksər hallarda dələduzlar olur: “Biz məsələni aydınlaşdırmaq üçün DYP ilə birgə həmin şəxslərdən birinə zəng etmişdik. Məlum oldu ki, nömrəsi satışa qoyulan şəxsin heç bundan xəbəri yoxdur. Müəyyən xüsusi kombinasiyalar var ki, məsələn 111,555 və s. onlar özəl nömrələr hesab olunur və digərləri ilə müqayisədə baha satılır. Amma 012, 011 və s. heç də xüsusi deyil. Bu cür nömrələr normalda 30 manata satılır”.

 

Nəqliyyat eksperti, tələbat olduğu halda bu cür nömrələrin hərraca çıxarmaq yoluyla satışını təklif edir. O ki qaldı, nişanların bazar qiymətindən yüksək satışının qanuniliyinə:

 

Nişanların bazar qiymətlərindən daha yüksək qiymətə satışına münasibət bildirən Vəkil Samir Qasımov bunu hər kəsin özünün müəyyənləşdirdiyini deyir: “Bu, alıcı-satıcı arasında olan məsələdir. Qanunda bununla bağlı hər hansı bir məqam qeyd olunmayıb. Amma qeydiyyat nişanının sahibindən xəbərsiz satışa çıxarılmasına gəlsək, bu, artıq dələduzluqdur. Vurulan ziyanın məbləğinə uyğun cərimə tətbiq olunur”.

 

Təbii ki, bu qiymətə nömrələri alıb-almamaq hər kəsin şəxsi seçimidir. Əsas odur, satış zamanı diqqətli olaq. Nə həvəsə qapılıb özümüzü ziyana salaq, nə də dələduzlara aldanaq...

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər