Avtomobil qəzalarının əksəriyyəti, sürücülərin telefondan istifadəsinin nəticəsidir
“Sükan arxasında telefondan istifadə inzibati cəzadır”.
Bu ifadəni İnformator.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı söyləyib. Hüquqşünas deyir ki, piyadaların vurulması ilə nəticələnən yol qəzalarının əksəriyyəti, sürücülərin sükan arxasında telefondan istifadə etməsinin nəticəsidir.
“Bununla bağlı cinayət məcəlləsində müəyyən maddələr öz əksini tapıb. Əlavə olaraq, avtomobilin idarə edilməsi ilə bağlı baş verən yol qəzalarında, hökümlər də çıxarılıb. Bunun qarşısını sadəcə sürücünün özü ala bilər. Hər şey insanın özündən asılıdır. Qanunların sərtləşməsi, zənnimcə, buna fayda etməyəcək. İnsanın öz ağlı, düşüncəsi olmalıdı. Məsələn, narkomanı həbs belə etsələr, o azadlığa çıxandan sonra yenə öz bildiyini edəcək”.
Həcər Əmiraslanlı
