00:00:00
Yazar
Admin User
08.01.2024 18:50 310 2 dəq oxuma
Sosial

Avtomobillərin sığortası

Avtomobillərin sığortası

Kiçik mühərrikli avtomobil sahibləri mülkünü icbari qaydada sığortalamaq istəyəndə qarşı tərəfdən yox cavabı eşidir. Burda söhbət təkcə ucuz avtomobillərdən getmir. 20-30 min manata alınmış kiçik mühərrikli minik maşınları da az deyil. Sığorta agentlikləri isə deyirlər ki, yalnız mühərrik həcmi böyük olan maşınlar sığortalanır. Maraqlıdır, axı mülki məsuliyyətin icbari sığortası məcburidir. Bəs onda bu ayrıseçkiliyin səbəbi nədir?

 

Hazırda mühərrik tutumu kiçik olan nəqliyyat vasitələrini sığortalamaqda maraqlı görünməyən tərəf sığorta şirkətləri deyil, agentliklərdir. Çünki, indiyədək onlar müəyyən pul müqabilində xidmət göstəriblər, xərclərini də sığorta şirkətləri qarşılayıb, amma Mərkəzi Bankın yeni qərarı ilə artıq mühərrik tutumu kiçik olan nəqliyyat vasitələrini sığorta agentlikləri deyil, birbaşa şirkətlər özləri edir.

 

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, sığorta şirkəti 2.5 motora kimi avtonəqliyyat vasitələrinin mülki məsuliyyətin icbari sığorta növü üzrə sığortalanmasını özlərinin edəcəklərini bildirdilər. 

 

"2.5 mühərrikdən daha yuxarı olan avtomobillərlə bağlı sığorta şirkətləri ilə agentliklər arasında müqaviləsi var. Sığorta şirkətləri onlara müəyyən komissiya verirlər, agentliklər də bu məsələni daha yaxşı formada həyata keçirir". 

 

Ekspert onu da bildirib ki, hazırda əlçatanlıq sığorta şirkətlərindən daha çox agentliklərədir. 

 

"Çünki əksər elektron sistemdə sığorta agentliklərinin əlaqə vasitələri qeyd edilib. Sürücülər də birbaşa onlarla təmasda olur. Amma əslində internet üzərindən istədikləri sığorta şirkətinin elektron səhifəsinə daxil olmaqla, heç bir problemlə qarşılaşmadan ən kiçik mühərrik həcmli avtomobili belə sığortalamaq mümkündür".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər