00:00:00
Yazar
Admin User
16.01.2026 16:21 180 7 dəq oxuma
Şərhsiz

Axıska türklərinin faciəli taleyi: sürgün, yaddaş və milli dirəniş

Axıska türklərinin faciəli taleyi: sürgün, yaddaş və milli dirəniş

1555-ci ildə Amasya sülh müqaviləsinə əsasən Meksika iki yerə bölünüb. Onun Şərqinə Osmanlılar, Qərbinə isə Səfəvilər rəhbərlik edib. Təəssüflər ki, təkcə Meksika türklərinə yox, ümumiyyətlə, türklərə uzun zamanlar, xüsusən də Sovetlər dövründə SSRİ məkanında, mərkəzdən, Moskvadan hər zaman Türkiyəyə, türklərə qarşı çox amansız təzyiqlər, təqiblər olub. Bu proseslər Yosif Stalinin dövrüdə 44-cü ildə SSRİ müdafiə komitəsinin qərarı və göstərişi ilə 14 Noyabr 1944-cü ildə yenidən türklərin deportasiyası başlayıb. Bu deportasiya çox güclü olub. Təkcə Qazaxıstandan 40 min, Özbəkistandan 30 min, Qırğızıstandan 20 min. Türk öz yurdundan, yuvasından bir gecənin içində deportasiya oldu. Azərbaycana da Meksiki türklər gətirilmişdi. Mənim yadımdadır, 1990-cı illər idi. 1989-un sonu, 90-cı illərin əvvəlləri bizim rayona da o zaman rayonun adı Qutqaşın - indiki Qəbələ rayonudur. Bizim rayona da gətirmişdirlər o türklərdən və mən o zaman "Ədalət" qəzetində müxbir işləyirdim. Onlarla görüşdüm, yazılar hazırladım. Hətta orada yaşlı adamlar var idi ki, uşaqlıqları, gənclikləri və ahıl çağları deportasiyaya məruz qalmışdı. Bu, böyük bir faciədir. Bunu da təsadüfdən yox. Sovetlər hər zaman Türkiyəyə, türklərə qarşı çox amansız deportasiyalar, təqiblər, təziqlər həyata keçirəcəklər. Beləliklə, axıska türkləri bütün dünyaya səpələndilər. Nəsil var ki, onun uşaqlığı, gəncliyi və ahılığı, əgər ona yaşayış desək, "yaşayışı" köçkünlükdə keçib. Bu həm də planlı şəkildə ona görə aparılırdı ki, türklər dilini, dinini, adət-ənənəsini unutsunlar. Bu həm də ən əsası türk dünyasının parçalanması idi. Meska türkləri, Axska türkləri terminin 1950-ci illərin tədqiqatlarında görürük. Bir tədqiqatçı Ronald Redman adlı bir tədqiqatçı öz tədqiqatlarında yazır ki, bu terminlərə 1950-ci illərdə daha çox rast gəldik. Və həqiqətəndə biz Sovet dövrü sənədlərinə, onların o vaxt ki dilə desək NKBD sənədlərinə diqqətlə fikir versək, arxivdə onlarla rastlaşanda görürük ki, həqiqətən də bu proses 30-cu ildən 50-ci ilin ortalarına qədər çox amansız bir şəkildə həyata keçirilib. 39-da, 44-də, 53-də çox amansız bir şəkildə türklər, xüsusən də, Axıska türkləri bütün dünyaya səpələnməyə məruz qalıblar. Onların içində Azərbaycan jurnalistikasının ilk görkəmli jurnalisti, publisisti, ilk ana dilli pedaqoqu olan, ilk ana dilimizi təbliğ edən Şəfiqə Əfəndizadə də var. Şəfiqə Əfəndizadə axıska türklərindəndir. Gürcüstanın Axsqalan ərazisində anadan olub və onun atası Şeyx Məhəmməd dövrünün savadlı, tanınmış, maarifpərvər insanlarından biri olub. Elə ona görə də, qızlarını oxudub, Şəfiqəni də, onun 2 qızı olub:Şəfiqə və Səidə Təsəvvür edin o zaman qızların 11-12 yaşlarında artıq çoxdan ərə verirdilər. Bir-iki uşaq anası idi. Amma Şəfiqə xanım 14 yaşında atasının məsləhəti ilə Şərqi Rus qəzetinə məqalə yazır: “Millətimin halı” adlı məqalə yazır. Fikir verin o zaman bu çox böyük bir qadınların çünki qadınlar oxumurdu, cəmiyyətə çıxmağa qoymurdular. Çox-çox üzr isdəyirəm heyvan kimi satılırdı, alınırdı. Belə bir zamanda fikir verin Şeyx Məhəmməd öz qızlarını oxudur. Xüsusən də Şəfiqə xanımın mətbuata gəlişinə də səbəb olur. Və 1903-cü ildə mətbuata ilk dəfə gələn Şəfiqə xanım sonradan Azərbaycan mətbuatında, publisistikasında çox görkəmli bir yazara çevrilir. Bir yazıçı kimi, publisist kimi, jurnalist kimi dövrün əksər qəzet və jurnallarında , xüsusən də daha çox milli ruhu, türkçülüyü, turançılığı təbliğ edən məsələn: “Dirlik” , “Açıq söz” , “İstiqlal” , “İqbal”, “Azərbaycan”, “Yeni İqbal” və s. qəzet və jurnallarda Şəfiqə xanımın saysız-hesabsıx bədii, publisistik məqalələri, hekayələri çap olunubdur.

 

1903-də mətbuata gələn Şəfiqə xanım 1920-ci ilin aprel işğalına kimi əksər qəzet və jurnallarda Şəfiqə Əfəndizadə imzası ilə biz rastlaşırıq. Amma aprel işğalından sonra 1920-ci ildə ruslar işğal elədi Azərbaycanı demokratik respublika silah gücünə süquta uğradı. Təkcə bizim torpağımız yox , milli -mənəvi dəyərlərimiz, hər şeyimiz işğala məruz qaldı. Bax bu işğalla barışmayan ziyalılarımız oldu. Çox böyük xüsusən də söz adamları, onlardan biri də Şəfiqə xanım idi. Təbii ki, və Şəfiqə xanım susdu. Çox böyük təəssüflər ki, sovet dövrü tədqiqatlarında yazılır ki, Şəfiqə xanım Əfəndizadə sovet dövründə də yaradıcılığını davam elədirdi Şərq qadını jurnalında. Hətta bəzən yazılıb ki, Şərq qadını jurnalına redaktorluq da edib. Çox yanlış faktlardı. Şərq qadını jurnalını demək olar. Mən bu yaxınlarda sovet, Azərbaycan sovet dövrü jurnalistikası adlı bir dərslik hazırladım və onda istər-istəməz o dövrdə çıxab bütün mətbuat orqanlarını tədqiqata cəlb elədim. O cümlədən, Şərq qadınını da və Şəfiqə xanımın orda yanlız bir neçə məqaləsini, əgər ona məqalə demək olarsa, bir səhifə olardı ya olmazdı belə kiçik məqalə Şərq qadının 5,10 yaşı tamam olub bu münasibət ilə. Və yaxud Ömər Faiq Nemənzadə də bilirsiniz Gürcüstanın Axsqala bölgəsində türklərindəndir. Və Azərbaycan satirik mətbuatının yaranmasında Mirzə Cəlilin nə qədər böyük əməyi varsa, Ömər Faiq Əfəndinin də o qədər böyük əməyi var. Hətta Mirzə Cəlil xatirələrində yazır ki, Faiq Əfəndi redaksiyada olanda mən daha ürəklə yazırdım,daha ürəkli olurdum. Görün nə qədər böyük Faiq Əfəndiyə arxalanırdı. Çünki Mirzə Cəlil Tiflis ədəbi mühitinə təzə gəlmişdi. O qədər də tanınmırdı. Elə Molla Nəsrəddinin yaranmasında , onun çap olunması üçün icazə alınmasında həm Qafqaz Senzura komitəsindən, həm də Peterburq Senzura komitəsindən icazə alınmasından və onun fəaliyyətə başlamasından, Tiflis ədəbi mühitində Molla Nəsrəddinin bir bomba kimi partlamasında Mirzə Cəlillə elə yanaşı Ömər Faiq Əfəndinin çox böyük rolu olubdur. Görün sovetlər nə qədər ondan ehtiyyat edirdilər ki, onu çox ahıl yaşda 70 yaşı tamam olmuşdu o mətbuatdan da uzaqlaşmışdı, ədəbi mühitdən də , siyasi mühitdən də uzaqlaşıb gedib Axsqalada öz ata-baba yurdunda ömrünü keçirirdi, kənd təsərrüfatı işləri ilə. O zaman gəldilər onu həbs elədilər. Digər repressiya qurbanları kimi ona da qondarma məhkəmə yarandı. Onun işğalının səbəbi əks-inqilabçı kimi göstərilir. Ömər Faiq Nemənzadə məqalələrində milli dirçəliş, oyanış. Məsələn: “Dirlik” adlı jurnalımız çıxıb 1914-16-cı illərdə M.Ə.Rəsulzadənin orada gözəl bir məqaləsi var “Milli birliyimiz, milli dirliyimiz” və həmin jurnalda Ömər Faiq Nemənzadənin də saysız-hesabsız məqalələri var. Eyni motivdə, eyni ideyaya təbliğ edən. Yəni biz bir millət olaraq ilk olaraq milli birliyimiz lazımdır, diriliyimiz lazımdır. Əgər biz milli birliyimiz, diriliyimiz həyata keçirəriksə , deməli biz xalq olaraq, millət olaraq biz birləşə bilərik. Əslində düzdür bu ideyanı lap əvvəllər hətta 1800-cü ilin sonlarında İsmayıl bəy Kaspirallı gözəl bir proqram, gözəl bir çağırış elədi bütün türk dünyasına: “İşdə, amalda, əməldə birlik” bu çağırışı elədi. Hələ ilk dəfə Bağçasarayda “Tərcüman” qəzetini çıxardanda. Böyük faciələrə məruz qalsalar da, onlar gəlib məskunlaşdığı yerdə öz adət-ənənələrini unutmadılar. Öz dillərini unutmadılar. Bax buna misal olaraq mən özüm canlı gözemlə gördüyüm Qəbələyə də bir hissə Axlsqa türkləri gəldi. Və bu gün də mən rayona gedəndə bəzi ailələr var ki, onları ziyarət edirəm. Hansı ki, ilk dəfə mən onlarla “Ədalət” qəzetində müxbir işləyəndə gənc, cavan yaşlarımda görüşmüşdüm. İndi o ailələrin yaşlıları dünyasını dəyişib. Amma mən cavanlarla görüşürəm onları ziyarət edirəm. Baxıram ki, onlar öz adət-ənənələrinə çox sadiqdilər, heç unutmurlar. Onlar rayon əhalisi ilə çox yaxşı qaynayırlar, qarışırlar ,xeyrinə, şərinə gedirlər-gəlirlər. Amma onlar öz aralarında bu birliyi elə qoruyub saxlayırlar ki, onlar bir-birinin xeyrində-şərində bir-birinə dəstək olurlar. Bu çox yaxşı haldır. Həsən əmi, onun adı hələ də mənim yaddaşımdadır. Çünki onun uşaqlığı,gəncliyi və ahıllığı deportasiyaya məruz qalıb.İlk dəfə onları köçürəndə gecəliklə deyir Mktvd işciləri gələndə onda mənim yeddi, səkkiz yaşım olardı. Amma hər şeyi dərk eliyirdim deyirdi. Gecənin bir vədəsi kəndə basqın elədilər və yanlız bir dəst geyinmək icazə verildi. Ona o zaman təsir eləmişdi “Anam deyir göz yaşları ilə boxçalarımızı yığdı və hər dəfə tüfəngin qundağı ilə anama ,atama vururdular tez eləyin, bəsdi, heç nə götürməyin. Bir uşaq olaraq yaddaşına nifrətlə hopmuşdu ki, və ahıllığında da o gəlib Qazaxıstandan 90-cı illərdəki yenidən deportasiya olunanda onun artıq ahıl çağı idi və o qədər nifrəti var idi onun sovetlər birliyinə. Heç o uşaqlığını, xoşbəxtliyini əlindən alan o birliyi heç cür yaxşı xatırlaya bilmirdi. Əslində haqlı idi. Onun yaşamını , xoş günlərini bir gecədə məhv oldu. Onlar biraz özlərinə gəlmək isdəyəndə, güzaranları yaxşılaşanda yenə onların köçürülməsinə başlanıldı. Elə bil bu o qədər planlı, sistemli şəkildə sovetlər tərəfindən həyata keçirildi ki. Məsələn: Həsən dayı danışırdı bizi heyvanlar saxlanılan vaqonda gətirdilər. O qədər pis üfinət idi deyir. Yəni oturmaq olmurdu. Bu türk dünyasının alçaldılması idi. Bu böyük Turanın susdurulması idi. Qarşısının alınması idi. Amma bir şeyi unutdular ki bu xalq böyük xalqdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər