00:00:00
Yazar
Admin User
06.10.2023 13:25 449 1 dəq oxuma
Sosial

Axtarışa verilən şəxslər

Axtarışa verilən şəxslər

“Axtarışa verilən şəxslərin məsuliyyətə cəlb olunması törədilən cinayətin növündən asılıdır”.

Bu ifadəni İnformator.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov dilə gətirib. Onun sözlərinə görə, böyük ictimai zərər dəyməyən cinayətlərdə, məsələn, yol nəqliyyatı hadisəsində səbəbkar vurulan zərəri ödəyirsə, tərəflə barışırsa, dövlətə ödəniş edirsə, bu hallarda məsuliyyətdən azad olunur.

“Böyük ictimai əhəmiyyət kəsb etməyən cinayətlərdə 7 il, ağır hadisələrdə 12, xüsusilə ağırda isə 15 il müddətində baş verən hadisədən insanlar xəbərsiz olubsa, yaxud qeyd edilən müddətlərdə təqsirkar tapılmayıbsa, bu halda səbəbkar məsuliyyətə cəlb olunmur. Amma şəxs istintaqdan, məhkəmədən gizlənibsə, məsuliyyətə cəlb edilir. İnsanlıq əleyhinə törədilən elə cinayətlər var ki, məsələn, müharibə, terror kimi hadisələrdə müddət yoxdur. İstənil vaxt təqsirkar məsuliyyətə cəlb edilir”.

Çimnaz Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər