00:00:00
Yazar
Admin User
08.11.2025 09:15 128 1 dəq oxuma
İdman

“Ayaks”ın rəhbərliyi Mark Overmarsa yenidən vəzifə vermək istəyir

“Ayaks”ın rəhbərliyi Mark Overmarsa yenidən vəzifə vermək istəyir

Niderlandın “Ayaks” klubunun rəhbərliyi Mark Overmarsa yenidən vəzifə vermək istəyir.

 

“İnformator.az” “SoccerNew”ə istinadən xəbər verir ki, Amsterdam klubunun rəhbərliyi hazırda boş olan vəzifəni Niderland yığmasının sabiq futbolçusuna tapşırmağı nəzərdən keçirir.

 

 “Antverpen”də idman direktoru kimi fəaliyyət göstərən keçmiş hücumçu 2012-2022-ci illərdə “Ayaks”da futbol məsələləri üzrə direktor vəzifəsində çalışıb. 2022-ci ilin fevralında qadınlara ədəbsiz şəkillər göndərməsi iddiası ilə bağlı qalmaqal səbəbindən klubu tərk etməyə məcbur olub.

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Qalatasaray”a məğlubiyyətin (0:3) ardından Con Heytinqa baş məşqçi, onun ardınca isə Aleks Kurs texniki direktor vəzifəsindən gedib. “Ayaks” 11 turdan sonra Niderland çempionatının turnir cədvəlində 4-cü yerdədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər