“Ayaks” klubunun baş məşqçisi
"Qarabağ"ın oyunlarına baxmışam".
“İnformator.az” xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında qonaq komandanın baş məşqçisi əvəzi Fred Qrim deyib.
O bildirib ki, "Qarabağ" çox az sayda oyunda məğlub olur:
"Bu bizim üçün çox ciddi bir oyundur. Rəqibin heyətində texnikalı oyunçular çoxdur. Onlar komanda şəklində müdafiə olunub, eyni zamanda hücuma çıxmağı bacarırlar".
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.
