00:00:00
Yazar
Admin User
25.06.2023 17:07 334 1 dəq oxuma
Sosial

Aylardır itkin düşən məşhur aktyorun cəsədi tapıldı

Aylardır itkin düşən məşhur aktyorun cəsədi tapıldı

Yanvar ayında Cənubi Kaliforniya dağlarında yoxa çıxan məşhur aktyor Culyan Sandsdən üzücü xəbər gəlib. 

 

İnformator.az xarici KİV-ə istinadən bildirir ki, San Bernardino Dairəsinin Polis Departamenti şənbə günü səhər saat 10:00 radələrində Baldi dağının yaxınlığında cəsəd tapıldığını və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verildiyi ilə bağlı məlumat verib.

 

Xatırladaq ki, 65 yaşlı aktyor Culian Sands yanvar ayında Los-Ancelesin mərkəzindən 65 kilometr aralıda Baldi dağında itkin düşmüşdü.

 

O, 24, Smallville və Banshee teleserialları, eləcə də "Mənzərəli otaq", "Las-Veqasdan ayrılarkən" və "Varlok" filmləri ilə məşhurlaşıb. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər