00:00:00
Yazar
Lalə Qafarova
30.03.2026 21:02 32 1 dəq oxuma
İdman

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

 


Azərbaycan milli futbol komandası növbəti sınaq qarşısındadır. Baş məşqçi Ayxan Abbasov azarkeş dəstəyinə güvənərək Syerra Leone milli futbol komandası üzərində qələbə qazanmaq istədiklərini bildirib. Komandanın son uğurlu nəticəsi isə qarşıdakı oyuna marağı daha da artırıb.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev "İnformator.az"a bildirib ki,  Azərbaycan yığması yüksəlişdə deyil, sadəcə eniş bir qədər azalıb. Yəni böyük rəqiblərə qarşı daha yaxşı oynamağa başlamışıq:


"Məğlub olsaq da, daha az hesabla uduzmağa başlamışıq. İki il idi ki, yığma komandamız qələbə qazana bilmirdi. Həmin rəqiblərin içərisində, bizdən zəifləri də var idi və bu komandalar üzərində də qələbə qazana bilmirdik. Komandamız ən azı oyun planında toparlanmağa başlayıb, müəyyən taktiki intizam var. Bunu da, təbii ki, məşqçi Ayxan Abbasovun aktivinə yazmaq olar. Çünki biz dəfələrlə qeyd edirdik ki, yerli məşqçi Azərbaycan milli komandasının problemlərini daha yaxşı bilir, daha rahat həll etmək imkanına malikdir. Ayxan Abbasov da təcrübəli mütəxəssisidir, eyni zamanda həm də  nisbətən gənc və istəklidir. Ona görə də mən düşünürəm ki, Ayxan Abbasovun gəlişi ilə milli komandada müəyyən dəyişikliklərin nəzərə çarpması təsadüfi deyil".

 

Reyhan Quliyeva

#xəbər #gəlmək #gündəm #dəstəyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər