Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və həmkarları ilə Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi, strateji əməkdaşlıq, regional proseslər, parlament diplomatiyası, eləcə də iqtisadi və humanitar tərəfdaşlıqlar barədə məhsuldar görüş keçirilib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatıları dünyanın super güc ölkəsidir və belə bir ölkənin Azərbaycanla stratejik tərəfdaşlığının olması və əməkdaşlığı genişləndirməkdə maraqlı olması, bu istiqamətdə addımlar atılması əlbəttə ki, rəsmi Bakı nəzdində müsbət qarşılanır:
"Məlum olduğu kimi Bayden administrasiyası dövründə Azərbaycan, Amerika münasibətləri tarixin ən dövrünü yaşayırdı. Amma Donald Trampın hakimiyyətə gəlişi Vaşinqton-Bakı təmaslarında olduqca ciddi geri dönüşlərlə yadda qaldı. Dünyanın super güc ölkəsi ilə Azərbaycanın əməkdaşlıq etməsi, Amerikanın ölkəmizdə dəstək verməsi bizlər üçün istər diplomatik sferada, istərsə də söhbətlər arası münasibətlərdə manevr imkanları yaradır və təhlükəsizlik baxımından da əlavə üstünlükləri var. Azərbaycan Amerika münasibətləri mənə gəlir ki, ilk növbədə hərbi sahədə özünü göstərəcək. Azərbaycan Ermənistanla sülh danışıqlar prosesi içərisindədir və bu prosesin də təkan vericiası əlbəttə ki, Amerika Birləşmiş Ştatları oldu. İstər Tramp yolunun açılması, istər neft və qaz sahələrində əməkdaşlıq, istərsə hərbi sahədə əməkdaşlıq, Azərbaycan, Amerika Birləşmiş Ştatları münasibətlərində mühüm bir nöqtə olacaq".
Günel Əlili