00:00:00
Yazar
Güllər Gülhüseynova
27.07.2026 21:17 18 2 dəq oxuma
İdman

Azərbaycan avarçəkənləri Varezedə keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycan avarçəkənləri Varezedə keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycan avarçəkənləri iyulun 31-dən avqustun 2-dək İtaliyanın Vareze şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında iştirak edəcəklər. Milli komanda qitə birinciliyində iki idmançı ilə təmsil olunacaq.


"Hazırlıq plan üzrə və lazımı səviyyədə təşkil olunub. İdmançılarımız həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda iştirak edərək yarış praktikası qazanıblar. Bütün beynəlxalq standartlara cavab verən Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində məşq prosesi fiziki, texniki və taktiki hazırlıq istiqamətində sistemli şəkildə aparılıb".


Bu sözləri AKAF-ın mətbuat katibi Vüsal Qurbanov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, eyni zamanda həm Ziya, həm də Nurlan Litvada təlim-məşq toplanışında olublar:


"Ziya Məmmədzadə və Nurlan Paşayevdən bu yarışda əsas gözləntilər isə, Ziya və Nurlan son dövrlərdə sabit çıxışları ilə özlərini yaxşı tərəfdən göstəriblər. Ötən ay Litvada akademik avarçəkmə üzrə 64-cü dəfə təşkil edilən ənənəvi “Amber Oars” beynəlxalq turnirində Nurlan Paşayev qızıl medal qazanıb. Həmçinin 12–14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən Ziya–Nurlan cütlüyü ikinəfərlik qayıqda 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medala sahib olublar. Əsas məqsədimiz onların yarışda öz potensiallarını tam nümayiş etdirmələri və mümkün ən yaxşı nəticələrini göstərmələridir. Rəqabətin çox yüksək olacağını bilirik, lakin idmançılarımızın mübarizə əzmi və hazırlıq səviyyəsi bizə nikbin olmağa əsas verir. Ümid edirik ki, uğurlu çıxış edəcəklər".


Zəhra Möhübbətova

#Azərbaycan #Vareze #milli #avarçəkmə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər