Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD ilə qarşılaşıb
Azərbaycan Basketbol Liqasında XX turun növbəti qarşılaşması keçirilib. Günün yeganə oyununda “Neftçi” Bakı İdman Sarayında NTD komandası ilə üz-üzə gəlib.
Mövzu ilə bağlı Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib ki, məhz bu oyun "Neftçi" üçün çox önəmli qarşılaşma idi:
"Turnir cədvəlində ilk üç sıranı tutan klublar "A" qrupunda birbaşa "pley-off"a, ¼ finala vəsiqə qazanacaqdı. "Neftçi" qələbə qazanmalı idi ki, turnir cədvəlində "Gəncə"ni geridə qoysun və üçüncü pillənin sahibi kimi "pley-off"a vəsiqə qazansın. Ona görə də, NTD üçün o qədər də önəmli oyun sayılmırdı, amma "Neftçi" üçün çox önəmli görüş idi. "Neftçi" bu tapşırığın öhdəsindən gəlib, qələbə qazandı; 93 -83.artıq onlar ⅛ finaldan gələcək olan rəqibini gözləyirlər".
Müsahibin sözlərinə görə, mövsümün bu mərhələsində komandalarda əsas dəyişikliklərdən biri adaptasiya prosesini bəzi komandaların tam şəkildə tamamlanması olub:
" "Neftçi"ni misalçəkə bilərik. Orada mövsümün ortasında gələn oyunçular artıq komandaya öyrəşə biliblər. NTD komandasında da eyni haldır. Ümumiyyətlə, komandalar artıq formalarının pik səviyyəsindədirlər. Çünki müntəzəm çempionat komandaların öz oyunlarını kəskinləşdirmək baxımından da böyük əhəmiyyət kəsb edir. "Sabah", "Abşeron", "Neftçi" və "Ordu" komandaları birbaşa "pley-off"da mübarizə aparacaqlar. Digər komandalar isə "pley-in"də oynamaq şansı qazanıblar və onlar da "pley-off"a vəsiqə qazanmaq istəyəcəklər. Yəni, əsas dəyişikliklər: komandaların heyətlərinin tam formalaşması, xətlər arasında əlaqənin daha da kəskinləşməsi, oyunçuların bir-birini daha da yaxşı başa düşməsi, parketdə qərarların düzgün verilməsidir. Artıq müntəzəm çempionata "Sabah"- "Abşeron" lines oyunu ilə başa vurulur. Ondan sonra bizi aprel ayından başlayan "pley-in" və daha sonra isə "pley-off" həyəcanı gözləyir. Mən hər bir komandaya uğurlar arzu edirəm".
Zəhra Möhübbətova