00:00:00
Yazar
Zəhra Həsənova
21.09.2026 11:21 113 1 dəq oxuma
İdman

Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib

Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib

2026/2027 mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) iştirakçı klubların siyahısında dəyişiklik edilib.

 

Bu barədə "İnformator.az"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

 

ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

 

Qərara əsasən, 2026/2027 mövsümündə "Sumqayıt" ABL-də, "Şəki" isə ABL 2-də iştirak edəcək.

 

Beləliklə, 2026/2027 mövsümündə ABL-də "Sabah", "LANDAU Lions", "Gəncə", "Neftçi", "Ordu", "Naxçıvan", NTD Və "Sumqayıt" komandaları mübarizə aparacaq.

#siyahısında #yeni #azərbaycan #iştirakçı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər