Azərbaycan Basketbol Liqasında növbəti oyun keçirilib
Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində gərgin mübarizə davam edir. Növbəti oyunda “Abşeron Lions” inamlı qələbə qazanaraq mərhələdə üstünlüyünü nümayiş ediblər.
Mövzu ilə bağlı Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib ki, “Abşeron Lions” "Şəki" ilə müqayisədə üstünlüyü var, o cütün əsas favoritidir:
"Komandanın MVP olmasına səbəb olan basketbolçu var: “Abşeron Lions”da oynayan Ceyms Freyzer müntəzəm mövsümdə çox yaxşı basketbol göstərib. O, MVP sıralamasında yalnız bir qədər geri qaldı. "Sabah"ın ulduz basketbolçusundan sonra Ceyms Freyzer idi. Məhz onun varlığı seriyada bu cütdə “Abşeron Lions”un favorit olduğunu göstərir. Enerji baxımından da “Abşeron Lions” seriyada 2:0 önə keçib. "Şəki" isə inkişaf etməyə çalışacaq və yarımfinala çıxmaq üçün mübarizə aparacaq. Növbəti cütlərdən "Gəncə" - "Ordu" oyunu ən çətin proqnoz verilən qarşılaşmalardandır. "Ordu" hesabda (1:0) öndədir. İki əlavə vaxtın sonunda "Gəncə"yə Bakı İdman Sarayında 106:108 hesabı ilə qalib gəliblər. Cavab oyunu Gəncədə olacaq və əgər "Gəncə" qalib gəlsə, seriya uzanacaq. Bu halda üçüncü, həlledici oyun yenidən Bakı İdman Sarayında keçiriləcək. Bunu da qeyd etmək istəyirəm ki, “Neftçi” gözlənilmədən NTD'yə məğlub olub. “Neftçi” əslində "A" qrupunu üçüncü sırada bitirmişdi, rəqibi isə beşinci idi".
Müsahibin sözlərinə görə, "Neftçi" burada mütləq qalib olmalıdır ki, seriya uzansın:
"NTD qazansa, bu sürpriz olar və yarımfinala vəsiqə qazanmağa 1 addım da yaxın olar. Amma cavab oyununda üstünlük “Neftçi”dədir. Digər cüt olan “Sabah” və "Naxçıvan"da oyun üstünlüyü açıq-aşkar "Sabah"dadır. Onlar ilk oyunda böyük hesabla qalib gəliblər və ehtimal ki, cavab oyununda da qazanaraq yarımfinala vəsiqə əldə edəcəklər. Yekun olaraq, yarımfinala ən yaxın komandalar “Abşeron Lions” və “Sabah”dır. Digər cütlərdə isə seriyanın uzanması və üçüncü oyunların keçirilməsi daha real görünür".
Zəhra Möhübbətova