00:00:00
Yazar
Güllər Gülhüseynova
08.07.2026 20:10 24 1 dəq oxuma
İdman

Azərbaycan basketbolçuları Avropa Kubokuna hazırlaşır

Azərbaycan basketbolçuları Avropa Kubokuna hazırlaşır

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi sentyabr ayında Belçikada keçiriləcək Avropa Kubokunda iştirak edəcək. Komandamız nüfuzlu turnirdə Ukrayna və Niderland yığmaları ilə eyni qrupda mübarizə aparacaq.


"Qızlarımız Avropa çempionatına hazırlıq prosesini təbii ki, daha turnirə az vaxt qalarkən sürətləndirəcəklər. İndi onlar Dünya Qadın seriyasında mübarizə aparırlar".


Bu sözləri Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki,  millimizin üzvləri fərqli şəhərlərdə dünya qadın seriyasında mübarizə aparır  və son mərhələ qalibi də olublar:


"Qızlarımız Fransada hazırlıqlarına çempionat başlayana yaxın daha da intensivləşdirəcək. Niderland bizim ən ciddi rəqibimizdir. Ukrayna nisbətən daha münasib rəqibdir. Amma Niderland Çin Avropa çempionatının favoritlərindən biridir. Ümid edirik ki, əlimizdən gələn mübarizəni parketdə də, kortda da göstərəcəyik. Qrupdan çıxmaq əsas hədəfimizdir. Daha sonra da ən yüksək nöqtəyə qədər irəliləmək istəyirik". 


Zəhra Möhübbətova

#Basketbol #idman #Azərbaycan #Avropa #Fransa #Çin #Niderland
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər