00:00:00
Yazar
Zəhra Həsənova
16.03.2026 16:21 33 2 dəq oxuma
İdman

Azərbaycan basketbolçuları yarımfinalda!

Azərbaycan basketbolçuları yarımfinalda!

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda uğurlu çıxışını davam etdirir. Yığmamız qrup mərhələsinin növbəti oyununda İspaniya komandasını 16:11 hesabı ilə məğlub edərək turnirin yarımfinal mərhələsinə yüksəlib.

 

"İspaniya ilə olan oyun həlledici oyun idi, amma Kanadaya məğlubiyyət gözlənilən idi. Kanada FIBA Çempionlar Kubokunun əsas favoritlərindən biridir".


Bu sözləri Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, məqsəd Amerika Birləşmiş Ştatları ilə bərabər Taylanda qalib gəlmək idi, onu da bacardıq:

 

"İspaniya ilə oyunda favorit tərəf İspaniya komandası idi. Amma millimiz yaxşı mübarizə aparıb. Aleksandra Molehaurenin uzaq məsafə atışları, hansı ki, burada söhbət iki xallıq atışlardan gedir. Yəni basketbolda bir və iki xallıq atışlar var. Böyük basketboldan fərqli olaraq, yəni uzaq məsafəli atışlar yaxşı alınıb və İspaniya üzərində qələbə qazandıq. Artıq yarımfinaldayıq. İndi isə şansımızı sona qədər yoxlayacağıq. Əlimizdən gələni edəcəyik".

 

Müsahibin sözlərinə görə, yarımfinaldakı rəqiblər hələ məlum deyil:


"Ümid edirik ki, komandamız finala vəsiqə qazanacaq. Amma turnirin favorit komandaları Kanada və Amerika Birləşmiş Ştatlarıdır. Deməzdim ki, böyük yarışlarda hansısa rol oynayır. Hamısı təcrübəli idmançılardırlar. Yəni, yeniyetmə deyirlər, gənc saymaq o qədər də düzgün çıxmaz. Burada basketbol yarışını nəzərdə tuturam. Hamısı təcrübəli basketbolçulardır, yəni onlar peşəsinin peşəkardırlar. Onlar meydanda olduğu dəqiqələrdə yalnız qələbə haqqında fikirləşirlər. 
Mən yarımfinalda olan komandamıza bol şans arzu edirəm. Uğur bizimlə olsun!".


Zəhra Möhübbətova

#xəbər #azərbaycan #yeni #yarımfinalda!
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər