00:00:00
Yazar
Səadət Əlizadə
28.05.2026 19:41 10 1 dəq oxuma
İdman

Azərbaycan boksçuları Batumidə beynəlxalq turnirdə 5 medal qazanıb

Azərbaycan boksçuları Batumidə beynəlxalq turnirdə 5 medal qazanıb

Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

 

"İnformator.az" xəbər verir ki, Azərbaycan millisi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

 

 

Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olub.

#yeni #azərbaycan #beynəlxalq #qazanıb #medal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər