00:00:00
Yazar
Zəri Bayramlı
24.03.2026 21:11 38 1 dəq oxuma
İdman

Azərbaycan boksçuları Macarıstanda

Azərbaycan boksçuları Macarıstanda

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər. Millimizin üzvləri 19 ölkənin iştirak etdiyi yarışda 2 gümüş və 2 bürünc medal qazanaraq diqqət çəkiblər.

 

Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib ki, beynəlxalq turnirlərdə, adətən, çəki dərəcələrinin liderləri çıxış etmir:

 

"Amma bu yarışlar qüvvələrə baxış, nəyə qadir olduğunu müəyyənləşdirmək mənasında çox əhəmiyyətlidir. Bu baxımdan Debretsen turniri də, zənnimcə, istisna olmadı: yarış boksçularımızın daha məsul mübarizələrə hazırlıq prosesində faydalı baş məşq sayıla bilər. Mükafat qazanan təmsilçilərimizdən birinin xanım olması xüsusi vurğulanmalıdır. Hər yarışda nəticə, təbii ki, önəmlidir. Lakin beynəlxalq turnirlər sınaq xarakterli olduğundan idmançılar əsas diqqəti həm də taktiki və strateji plan-məqsədlərini reallaşdırmağa yönəldirlər. Bu cəhətdən işlər qaydasında olduqda inkişaf və nəticələrin yüksəlməsi qaçılmazdır".


Zəhra Möhübbətova

#idman #boks #turnir #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər