00:00:00
Yazar
Elmira Ağayeva
03.09.2026 21:05 60 2 dəq oxuma
Gündəm

Azərbaycan–Çin hüquqi əməkdaşlığı genişlənir

Azərbaycan–Çin hüquqi əməkdaşlığı genişlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mövzu ilə bağlı”İnformator.az”a politoloq Züriyə Qarayeva bildirib ki,Bu görüş Azərbaycan–Çin münasibətlərinin iqtisadi və siyasi sahələrlə yanaşı, hüquq-mühafizə və məhkəmə-hüquq istiqamətində də dərinləşdirildiyini göstərir:

“Tərəflər prokurorluq orqanları arasında məlumat və təcrübə mübadiləsini genişləndirə, kadrların hazırlanması üzrə birgə proqramlar həyata keçirə bilərlər. Xüsusilə korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması, transmilli mütəşəkkil cinayətkarlıq və iqtisadi cinayətlərlə mübarizə əməkdaşlığın əsas istiqamətlərinə çevrilə bilər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu sahədə güclü tərəfdaşlıq üçün böyük potensial mövcuddur. Görüşün Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlığı çərçivəsində keçirilməsi ona daha geniş siyasi məzmun qazandırır”.

Politoloq qeyd edib ki, digər mühüm istiqamət qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi və iki ölkənin vətəndaşlarının, eləcə də şirkətlərinin hüquqlarının daha səmərəli qorunmasıdır:


“Çin şirkətlərinin Azərbaycandakı investisiya və infrastruktur layihələrində iştirakının artması kommersiya mübahisələrinin həlli, sərmayələrin hüquqi müdafiəsi və iqtisadi təhlükəsizlik sahəsində əlaqələndirməni zəruri edir. “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz üzrə yükdaşımaların genişlənməsi fonunda gömrük, maliyyə və logistika cinayətlərinə qarşı birgə fəaliyyət də aktuallaşa bilər. Bu baxımdan görüş gələcəkdə daimi məsləhətləşməmexanizmlərinin, birgə işçi qruplarının və qarşılıqlı səfərlərin yaradılmasına zəmin hazırlaya bilər. Nəticədə hüquqi əməkdaşlıq Azərbaycan–Çin strateji tərəfdaşlığının praktik və institusional dayaqlarından birinə çevrilə bilər”.


Nurgün Qənizadə

#Azərbaycan #Çin #hüquqiəməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər