00:00:00
Yazar
Zəri Bayramlı
19.03.2026 22:30 19 1 dəq oxuma
İdman

Azərbaycan Cüdo Federasiyası 25 kluba lisenziya ayırıb

Azərbaycan Cüdo Federasiyası 25 kluba lisenziya ayırıb


Azərbaycan Cüdo Federasiyası tərəfindən daha 25 klub və idman təşkilatına 5 illik lisenziya təqdim edilib. Lisenziyalaşdırma prosesi müəyyən meyarlar əsasında həyata keçirilib və bu addım ölkədə cüdonun daha sistemli inkişafına yönəlib. Qurum rəsmiləri bu prosesin klubların fəaliyyətinə müsbət təsir edəcəyini vurğulayıblar.


"Beş illik lisenziyanın təqdim edilməsi müsbət məqamdır. Bu beş illik lisenziya 25 klubu görəcək".


Bu sözləri idman jurnalisti, şərhçi Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu lisenziya əsasən cüdonun inkişafına köklənib:

"Onlar məsuliyyət daşıyırlar, qurum tərəfindən idarə olunurlar və illər ərzində kadr yetişdirib ortalığa çıxarırlar. Artıq orada başlı başına fəaliyyət davam etmir və öz təsirini itirir. Ümumiyyətlə, Cüdo Federasiyası vasitəsilə fəaliyyət göstərən bütün klubların nəzarətdə olması Azərbaycan cüdosunun inkişafı deməkdir. Bu cür sistemli yanaşma idman sahəsində keyfiyyətin artmasına səbəb ola bilər. Bu, əsasən idman sahəsində keyfiyyətin artmasına yönələn bir addımdır. Məşqçilər artıq məsuliyyət daşıyırlar. Tələb olunan təhlükəsizlik qaydalarına, bütün tələblərə cavab verərək keyfiyyətli cüdoçular yetişdirirlər. Onlar da Azərbaycanı beynəlxalq turnirlərdə, Avropa, Dünya və Olimpiya Oyunlarında, Avropa, Dünya Çempionatlarında layiqincə təmsil edirlər".


Zəhra Möhübbətova

#idman #cüdo #federasiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər