00:00:00
Yazar
Zəhra Həsənova
18.06.2026 19:44 20 2 dəq oxuma
İdman

Azərbaycan cüdoçuları Monqolustandakı "Böyük Dəbilqə" turnirinə hazırdır

Azərbaycan cüdoçuları Monqolustandakı "Böyük Dəbilqə" turnirinə hazırdır

Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycan 17 cüdoçu ilə təmsil olunacaq. Dünya Turu seriyasına daxil olan nüfuzlu yarışda ölkəmizin həm kişi, həm də qadın cüdoçuları müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar. Turnirə dünyanın onlarla ölkəsindən yüzlərlə idmançının qatılması rəqabətin yüksək səviyyədə keçəcəyini göstərir. Azərbaycan yığması üçün bu yarış həm reytinq xalları qazanmaq, həm də qarşıdakı beynəlxalq turnirlərə hazırlıq baxımından əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, "Böyük Dəbilqə" turnirlərində iştirak etmək və uğur qazanmaq qitə çempionluğuna bərabər nəticədir:


"Böyük Dəbilqə" turniri cüdo idman növündə xüsusi yeri olan bir turnirdir. Bu turnir qitə turnirlərindən heç də geridə qalmır. Dünya səviyyəli yarışdır, yəni xüsusi əhəmiyyəti var. "Böyük Dəbilqə" turnirlərində iştirak etmək və uğur qazanmaq qitə çempionluğuna bərabər nəticədir. Rəqabət güclü olur, çünki orda reytinq xalları var. Reytinq xallarına uyğun olaraq da müəyyən üstünlüklər əldə edilir. Dünyanın demək olar ki, əksər ölkələrindən bu yarışa qatılırlar, hansı ölkədə keçirildiyindən asılı olmayaraq. Azərbaycan da bu yarışlarda mütəmadi təmsil olunur. Cüdoçularımız bu yarışlarda yetərincə uğur qazana biliblər və bu uğurları da davam elətdirmək istəyirlər. Dünya turunun bu seriyası Monqolustanda olması maraqlıdır. Çünki Monqolustan da cüdoda fərqlənən ölkələrdəndir. Maraqlı yarış olacaq, komandamız, ölkəmiz geniş heyətlə təmsil olunur. Burda qazanılacaq uğurlar həm reytinqə kömək edə biləcək, həm də təcrübə qazanmağa şans yaradacaqdır. İdmançılarımızın bu yarışda uğurlu çıxış etmək şansı var, çünki cüdoda uğurlarımız mütəmadi olaraq davam edir. Həm təcrübəlilər, həm də gənclərimiz var ki, onlar çıxış etdikləri, qatıldıqları istənilən yarışda deyərdim ki, favorit qismində olurlar. Ona görə də, bu yarışdan uğurlu çıxış gözləyirəm".

Samirə Allahverdizadə

#turnirinə #azərbaycan #yeni #cüdoçuları #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər