00:00:00
Yazar
Zəri Bayramlı
02.03.2026 21:22 22 2 dəq oxuma
İdman

Azərbaycan cüdoçuların möhtəşəm qələbə

Azərbaycan cüdoçuların möhtəşəm qələbə

Azərbaycan cüdo millisi Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirini möhtəşəm nəticə ilə başa vurub. Komandamız 7 medal qazanıb – 4 qızıl, 1 gümüş və 2 bürünc. Kişilərin yarışında yığmamız komanda hesabında birinci olub, ümumi sıralamada isə Yaponiyadan sonra ikinci pilləni tutub.

 

 

Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, “Böyük Dəbilqə” turnirləri cüdo yarışlarında ən nüfuzlulardan sayılır:

 

 

 

"Burada 4 qızıl, 1 gümüş və 2 bürünc qazanmaq, üstəlik kişilər arasında komanda hesabında birinci olmaq həqiqətən möhtəşəm nəticədir. Biz də bilirik ki, əsas qüvvəmiz kişi yığmamızdır və bu komandanın da uğurlu olması sevindiricidir. Qadınlarda da federasiya xeyli iş görüb. Sadəcə ölkəmizdə hər nə qədər deyilsə də, mentalitet öz işini görür və bunun öhdəsindən gəlmək üçün hazırkı şəraitin qorunması və səbr lazımdır. 60 kq çəki dərəcəsində iki həmyerlimizin finala çıxması, 81-də Ömər Rəcəblinin ¼ finalda Yaponiya təmsilçisini məğlub etməsi və ardından çempion olması, 90 kq-da Murad Fətiyevin finalda ikiqat olimpiya çempionu gürcüstanlı Laşa Bekaurini, ağır çəkidə isə Kənan Nəsibovun həlledici görüşdə özbəkistanlı Olimpiya və dünya mükafatçısı Alişer Yusupovu məğlub etməsi hədəflərin böyüməsi və Azərbaycan cüdosunun özünü növbəti təsdiqidir”.

 

Müsahibin sözlərinə görə, bu yarışda  liderlik yükünü daşıyan idmançılardan çox, real nəticələrə əsasən danışmaq daha doğrudur:

 

 

"Məsələn, 81 kq çəki dərəcəsində bizim liderimiz Zelim Çkayevdir. Amma “iki nömrəmiz” Ömər Rəcəbli çempion olmaqla ondan geri qalmadığını göstərib. 90 kq çəkili Murad Fətiyevin zədədən qayıtmasına baxmayaq, yüksək səviyyəli çıxışı alqışalayiqdir. Ağır çəkidə gənc Kənan Nəsibovun qələbəsi bu kateqoriyada problemlərimizin aradan qalxdığı günün uzaq olmadığına ümidləndirir. Liderlik baxımından təbii ki, hər kəs Hidayət Heydərovla Zelim Kotsoyevi gözləyib. O da hər kəsə məlumdur ki, çəkisini sala bilmədiyindən Hidayət federasiya tərəfindən cəzalandırılıb. Kotsoyev isə ən azı bürünc qazanmaqla tatamidə, yəni formada olduğunu göstərib".

 

 

Zəhra Möhübbətova

#gündəm #azərbaycan #baki #cüdoçuların #möhtəşəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər