00:00:00
Yazar
Hüseynova Mələk
15.06.2026 19:00 30 1 dəq oxuma
Siyasət

Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək 

Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək

Əfqanıstanın paytaxtı Kabildə iyunun 16-da Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın nümayəndələrinin iştirakı ilə regional görüş keçiriləcək.

"İnformator.az" xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, tədbirdə Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın nümayəndələri iştirak edəcək.

 

Görüşün gündəliyinə regional təhlükəsizlik və sabitlik, iqtisadi əməkdaşlıq, eləcə də regional qarşılıqlı bağlılığın genişləndirilməsi məsələləri daxil ediləcək.


Qeyd edilib ki, tədbirin məqsədi regional qarşılıqlı fəaliyyətin gücləndirilməsi və region ölkələri arasında ticarət, tranzit və investisiyaların genişləndirilməsi imkanlarının öyrənilməsidir.

#Azərbaycan #görüş #Əfqanıstan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər