00:00:00
Yazar
Zəhra Həsənova
14.04.2026 19:38 100 2 dəq oxuma
İdman

Azərbaycan Güləşçiləri Antalyada "Zəfər Kuboku"nda - Nəticə necə olub?

Azərbaycan Güləşçiləri Antalyada "Zəfər Kuboku"nda - Nəticə necə olub?

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku”na uğurlu start veriblər. U-17 yaş kateqoriyasında çıxış edən təmsilçilərimiz ilk yarış günündə 4 medal qazanaraq diqqət çəkiblər.


Mövzu ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az"a açıqlamasında deyib ki, belə turnirlər daha nüfuzlu yarışlara bir növ hazırlıq xarakteri daşıyır. "Zəfər kuboku" U17 yaş qrupunda ənənəvi turnirlərdən biridir:


"Bu yarışda bəzən məşqçilər seçim də edə bilir. "Zəfər kuboku" bəzi çəkilərdə Avropa çempionatına seçim rolunu oynayır. Kim daha yüksək nəticə qazanırsa, qitə birinciiyinə də həmin güləşçi aparılır. İstənilən halda, bu yarış yeniyetmə güləşçilərin təcrübələrini artırmaları üçün əla imkan yaradır. Bu yaş qrupunda uğur qazanan idmançılarımız çox olur. Ancaq onların heç də hər biri böyüklər arasında da eyni uğurları qazanmır. Kimisə çəki dəyişərkən uyğunlaşma problemi yaşayır, kimisi zədə ilə üzləşir, bir başqasında fərqli problem olur".


Müsahibin sözlərinə görə, daha böyük əzmlə çalışan, güclü iradə nümayiş etdirən, nizam-intizama, idmançı rejiminə riayət edənlər yuxarı yaş qruplarında da sözünü deməyi bacarır:


"Biz də Azərbaycan Güləş Federasiyası olaraq çalışırıq ki, yeniyetmə güləşçilərin yuxarı kateqoriyaya keçid prosesini doğru quraq, onlara düzgün istiqamət verək və milli komandada rəqabəti gücləndirək. İstənilən yarışda qazanılan medal idmançı üçün motivasiyadır. Hər məğlubiyyət isə bir dərsdir. Çatışmazlıqların aşkara çıxarılmasıdır. Xüsusilə, belə ənənəvi və rəqabəti yüksək olan yarışlarda qazanılan uğurların dəyəri ikiqat ölçülür".


Zəhra Möhübbətova

#baki #xəbər #güləşçiləri #antalyada #nəticə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər