00:00:00
Yazar
Elmira Ağayeva
25.05.2026 14:15 18 1 dəq oxuma
İdman

Azərbaycan güləşçilərindən Avropa çempionatında 6 medal

Azərbaycan güləşçilərindən Avropa çempionatında 6 medal

 

Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri uğurlu çıxış edərək 6 medal qazanıblar. Yarışda Yusif Abdullayev və Elvin Nəcəfzadə qızıl medala layiq görülüb, digər idmançılar isə gümüş və bürünc mükafatlarla fəxri kürsüyə yüksəliblər.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, 15 yaşlı idmançıların iştirak etdiyi Avropa çempionatı onların gələcək perspektivlərini dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır:

 

“Bu yarış kifayət qədər nüfuzlu hesab olunur. Bu yaş qrupunda bütün idmançılar özlərini göstərmək üçün maksimum güclərini ortaya qoyurlar. Ona görə də burada uğur qazanmaq prestij məsələsidir. Sevindirici haldır ki, güləşçilərimiz bu çempionatda uğurlu çıxış etdilər. Ümumiyyətlə, Azərbaycan güləş ölkəsidir. Tarixən Olimpiya çempionlarımız, dünya və Avropa çempionlarımız olub. Dünyada güləş deyəndə ilk yada düşən ölkələrdən biri də Azərbaycandır. U-15 Avropa çempionatındakı bu nəticələr göstərir ki, bu ənənə davam edir və gələcəkdə də beynəlxalq arenalarda uğurlara ümid etmək olar. Xüsusilə, diqqətimi qız güləşçilərimizin çıxışı çəkib. Qadın idmanına diqqət yetirilməsi çox vacibdir. Oğlan idmançılarımızın uğurları daha çox ön planda olur, lakin qızlarımızın da dəstəyə ehtiyacı var. Bu yarışda qızlarımız çox yaxşı çıxış edərək öz adlarından söz etdirdilər. Bu, sevindirici haldır və düşünürəm ki, əldə olunan nəticələr Azərbaycan güləşinin gələcəyinə müsbət təkan verəcək”.


Mələk Hüseynova

#Azərbaycan #güləş #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər