00:00:00
Yazar
Səadət Əlizadə
12.05.2026 18:07 19 1 dəq oxuma
İdman

Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə - Norveç oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə - Norveç oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb.

 

Bu barədə "İnformator.az" xəbər verir.

 

Təcrübəli mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.

 

Türkiyə - Norveç oyunu mayın 16-da, Ankaranın "THF İdman Kompleksi"ndə keçiriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.

#alıb #rəsmisi #təyinat #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər