00:00:00
Yazar
Zəhra Həsənova
03.04.2026 22:15 18 1 dəq oxuma
İdman

"Azərbaycan idman ölkəsidir" - Kənan Məstəliyev

"Azərbaycan idman ölkəsidir" - Kənan Məstəliyev

Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlar diqqət mərkəzindədir. Gənclər və idman naziri Fərid Qayıbovun idmançılarla görüşü bu nailiyyətlərin yüksək qiymətləndirildiyini göstərir.


Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib ki, idmançılarımızın bir ay ərzində 40 qızıl medal qazanmasını təbii ki, yüksək qiymətləndirmək lazımdır. Ölkəmizin bayrağı harada qalxırsa, himni nə qədər çox səslənirsə, bu bir o qədər böyük uğurdur:

 

"Hər hansı idman növündə qazanılan uğur bizi sevindirir. 40 qızıl medal qazanmaq asan deyil. Ancaq həm də qeyd etməliyəm ki, təsadüf heç deyil. Çünki Azərbaycan idmançıları yarışlarda mütəmadi olaraq beynəlxalq səviyyədə böyük uğurlar. medallar qazanırlar. Azərbaycan idman ölkəsidir. Belə uğur qazanması isə təsadüfi deyil. İdmançılarımızın bu cür nazir səviyyəsində görüşlərinin keçirilməsi çox yaxşı təsir edəcəkdir. Bu Fərid Qayıbovun şəxsi təşəbbüsüdür. O idmançılara tövsiyyə və motivasiya verərək onları gələcək uğurları üçün bir növ hazırlayır. Düşünürəm ki, bu proses davam edəcək. Çünki bu idman potensialını gücləndirmək üçün yeni imkanlar yaradacaq. Uğurların davamlı olması üçün isə idman infrastrukturu yenilənməli, şəraiti yaxşılaşdırılmalıdır".


Zəhra Möhübbətova

#idman #xəbər #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər