Azərbaycan idmançısı Avropa çempionu olub
Azərbaycan cüdoçusu Zəhra Quliyeva yeniyetmələr arasında Avropa çempionu olub.
“İnformator.az” xəbər verir ki, o, finalda macarıstanlı Nora Pirbus-Qrofa tam üstünlüklə qalib gələrək İspaniyada keçirilən qitə birinciliyinin qızıl medalına sahib çıxıb.