00:00:00
Yazar
Elmira Ağayeva
03.06.2026 21:47 116 2 dəq oxuma
Siyasət

Azərbaycan-Kanada əlaqələri və Cənubi Qafqazda sülh gündəliyi müzakirə edilib

Azərbaycan-Kanada əlaqələri və Cənubi Qafqazda sülh gündəliyi müzakirə edilib

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı zamanı Azərbaycan-Kanada münasibətlərinin inkişafı, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də yaşıl keçid, bərpa olunan enerji, İKT və enerji təhlükəsizliyi istiqamətləri müzakirə olunub; eyni zamanda Cənubi Qafqazdakı mövcud vəziyyət, münaqişədən sonrakı reallıqlar və Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Kanada ilə münasibətlərinin inkişafı üçün geniş imkanlar var:

 

“Məlum olduğu kimi, Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri artıq inkişaf edir, yüksək səviyyəli münasibətlərin qurulması istiqamətində müvafiq addımlar atılır hər iki ölkə rəhbərliyi. Donald Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra bunun üçün konkret olaraq fürsət var. Eyni zamanda, məlum olduğu kimi Kanadanın da ABŞ ilə xarici siyasətində oxşarlıq var. Yəni, Kanada da artıq Azərbaycanla əlaqələrin qurulmasına xüsusi olaraq maraq göstərir və bu baxımdan hesab edirəm ki, iki tərəfli münasibətlərin qurulması üçün çox gözəl bir təşəbbüslər var. Kanadanın əvvəlki hökumətinin səhvi ucbatından əlaqələrin qurulmasında, inkişafında çox ciddi yanlışlıqlara yol verilib. Yəni Azərbaycanla bağlı siyasəti olduqca səhv idi. Bu da Cənubi Qafqazda faktiki olaraq Kanadanın çətin vəziyyətə düşməsinə gətirib çıxarıb. Hal-hazırkı situasiyada düşünürəm ki, iki tərəfli münasibətlərin inkişafında mühüm töhfələr ola bilər. Hal-hazırda Azərbaycan və Kanada arasındakı münasibətlərdə Xarici İşlər nazirlərinin görüşündə müzakirə edilən məsələlər xüsusi mühüm əhəmiyyət kəsb eləyən sahələrdir. Məsələn, ticarət və investisiya sahələrinin genişləndirilməsi, yaşıl enerjiyə keçid, bərpa olunan enerji, İKT və enerji təhlükəsizliyi istiqamətində birgə əməkdaşlıq məsələləri tamamilə Kanadanın Cənubi Qafqaza baxış bucağından, yeni reallıqların meydana gəlməsində rəsmi Ottava ilə Bakı arasındakı münasibətlərin yüksək səviyyədə inkişafına təkan verəcək çox mühüm hadisələrdir. Və bundan sonra da düşünürəm ki, Kanada Cənubi Qafqazda düzgün siyasət aparmalı, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməli və Azərbaycanın Cənubi Qafqazda yaratdığı, yəni 44 günlük Vətən müharibəsi və ondan sonra davam edən antiterror əməliyyatında qazandırdığı yeni reallıqları qəbul etməlidir”.

Mələk Hüseynova

#Azərbaycan #Kanada
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər