00:00:00
Yazar
Zəhra Həsənova
09.06.2026 20:17 28 2 dəq oxuma
İdman

Azərbaycan kanoeçisi Avropa çempionatında: gözləntilər və hazırlıq prosesi

Azərbaycan kanoeçisi Avropa çempionatında: gözləntilər və hazırlıq prosesi

11–14 iyun tarixlərində Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycanı kanoe qayığında milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək. Ötən il Avropa çempionatında bürünc medal qazanan idmançının builki çıxışı maraqla gözlənilir.

Mövzu ilə bağlı Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat katibi Vüsal Qurbanov “İnformator.az”a açıqlamasında bildirib ki, Tatyana artıq Avropa çempionatında uğur qazanmağın nə demək olduğunu bilir və bu təcrübə ona yarış zamanı daha inamlı çıxış etməyə kömək edə bilər:

 

"Tatyana Smilovenko son illərdə beynəlxalq yarışlarda sabit çıxışı ilə seçilən idmançılarımızdandır. Ötən il Avropa çempionatında medal qazanması onun yüksək nəticələr uğrunda rəqabət aparmaq potensialının olduğunu göstərir. Avropa çempionatında güclü kanoeçilər iştirak edir. Tatyananın da yenidən final mərhələsinə yüksəlmək və medal uğrunda mübarizə aparmaq şansı var. Qazanılan medal idmançıya əlavə motivasiya və özünəinam verir. Tatyana artıq Avropa çempionatında uğur qazanmağın nə demək olduğunu bilir və bu təcrübə ona yarış zamanı daha inamlı çıxış etməyə kömək edə bilər. Eyni zamanda, uğurlu nəticə ictimaiyyətin gözləntilərini artırır. Bu da müəyyən məsuliyyət yaradır. Avropa çempionatı kanoe idmanında ən nüfuzlu yarışlardan biridir. Burada Olimpiya, dünya və Avropa çempionları iştirak edir. Qadın kanoe yarışlarında da rəqabət böyükdür. Müasir kanoedə uğur bu amillərin hər birinin düzgün vəhdətindən asılıdır. Fiziki hazırlıq yüksək sürəti və dözümlülüyü təmin edir, taktika məsafənin düzgün bölüşdürülməsinə imkan yaradır, psixoloji dayanıqlıq isə həlledici məqamlarda maksimum nəticə göstərməyə kömək edir. Böyük yarışlarda adətən qalibi məhz bu komponentlər arasında ən yaxşı balansı qura bilən idmançılar müəyyənləşdirir".

 

Samirə Allahverdizadə

#baki #azərbaycan #gündəm #kanoeçisi #çempionatında:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər