Azərbaycan Kanoeçisi Tatyana Smilovenko Dünya Kubokunda
Azərbaycan kanoeçisi Tatyana Smilovenkonun Dünya Kubokunun ilk mərhələsində iştirakı ölkəmizin su idman növlərində beynəlxalq arenadakı mövqeyi baxımından əhəmiyyətli hadisədir. Xüsusilə yarışın Olimpiya reytinq xalları verməsi bu startın önəmini daha da artırır.
"Tatyana Smilovenko Dünya Kubokunun 1-ci mərhələsinə uzun müddətdir ki, hazırlaşır. Çünki bu Dünya Kuboku 2028-ci ildə Los Angelesdə təşkil olunacaq Yay Olimpiya oyunlarına reytinq xalı verir".
Bu sözləri AKAF-nın mətbuat katibi Vüsal Qurbanov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, məhz bu səbəbdən çox önəmli yarışdır, hazırlıqlı olmaq isə vacibdir:
"Tatyananın şəxsi məşqçisi Aleksandr Jukovski ilə birlikdə yarış üçün yollanıb. Ümidlərimiz böyükdür, inanırıq ki, o, Macarıstanda təşkil olunacaq Beynəlxalq yarışda uğurli nəticə əldə edəcək və aktivliyinə reyqinq xalı yazılacaq. Bu Olimpiyanın reytinq baxımından önəmi böyükdür. Bunun üçün əsas məqsəd əlindən gəldiyi qədər xal toplayıb Yay Olimpiya oyunlarına iştirak hüququ qazanmaqdır".
Zəhra Möhübbətova