Azərbaycan Litva ilə bərabərə qalıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün növbəti matçına çıxıb.
"İnformator.az" xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.
Qarşılaşma qolsuz başa çatıb – 0:0.