Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşib
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.
“İnformator.az” xəbər verir ki, D Liqasında 2-ci qrunun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
FIFA referisi Kristian Petru Cioçircaya həmyerliləri Maximilian Weiss və Michael Obritzberger köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksiz yerinə yetirəcək.
VAR-da Manuel Schuettengruber, AVAR-da Alexander Harkam əyləşəcəklər.
Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.