Azərbaycan-Macarıstan QHT-lərinin əməkdaşlıq Forumu keçiriləcək
İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan-Macarıstan QHT-lərinin əməkdaşlıq Forumu” layihəsinin icrasına başlayıb. İctimai birlikdən verilən məlumata görə, layihə çərçivəsində hər iki ölkənin qeyri-hökümət təşkilatları arasında əlaqələrin inkişafı və birgə layihələrin həyata keçirilməsi müzakirə olunacaq. Bundan əlavə, bir sıra yeniliklərin təqdimatları keçiriləcək. Layihə çərçivəsində qonaqlar may yalında keçiriləcək Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda iştirak edəcəklər.