00:00:00
Yazar
Zəhra Həsənova
02.04.2026 19:57 14 1 dəq oxuma
İdman

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib

Azərbaycan millisinin FIFA reytinqində irəliləməsi komandanın son çıxışlarının müsbət nəticəsi kimi dəyərləndirilir. Xüsusilə, "FIFA Series - 2026” turnirində qazanılan uğur bu yüksəlişdə mühüm rol oynayıb.


Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki,  FİFA çərçivəsində iki oyun keçirib ikisində də qalib gəlmişik. Buna görə də, reytinqdə bir neçə pillə irəlilədik:


"Bunu inkişaf saymıram, inkişaf üçün hələ çox pillə qalxmaq lazımdır. Payızda millətlər liqasının oyunu var. Orada isə biz "D" divizionundayıq. Əgər qələbə qazansaq, müəyyən qələbələr sayəsində bir neçə pillə də irəliləyə biləcəyik. O zaman bu məhz inkişaf sayıla bilər".


Zəhra Möhübbətova

#FİFA #idman #Milli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər