00:00:00
Yazar
Ayşən Səlimova
27.03.2026 19:22 15 1 dəq oxuma
İdman

Azərbaycan millisi Sent Lüsiya oyunu öncəsi açıq məşq keçib

Azərbaycan millisi Sent Lüsiya oyunu öncəsi açıq məşq keçib

“FIFA Series-2026” turniri çərçivəsində Sent Lüsiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyundan əvvəl “Dalğa Arena”da məşqə çıxıb. Ayxan Abbasovun rəhbərliyi ilə keçirilən hazırlığın ilk 15 dəqiqəsi media üçün açıq olub. Görüş martın 27-də Sumqayıtda baş tutacaq.

 

Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, oyun üçün rəqibin əvvəlki matçlarına uyğun sistem qurulacaq:

 

“Düzülüşə gəlincə, 4-4-2 və ya 4-5-1 taktikasına üstünlük verilə bilər. Bu, Ayxan müəllimin qərarından asılıdır. Rəqib isə bizə tanış deyil. Bildiyimiz qədərilə, reytinq baxımından aşağı pillələrdə qərarlaşıblar və onları məğlub etmək mümkündür. Rəqibin heyətində gənc futbolçuların olması isə ehtiyatlı olmağı tələb edir, çünki onlar özlərini sübut etmək istəyəcəklər. Bizim tərəfə gəldikdə isə ən yaxşı oyunçular meydana çıxacaq. Doğma meydanda, Sumqayıtda oynayırıq və mütləq qələbə qazanmalıyıq. İnanıram ki, millimiz bizi sevindirəcək”.

 

Mələk Hüseynova

#İdman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər