00:00:00
Yazar
Nigar Həsənzadə
25.07.2026 22:11 35 1 dəq oxuma
İdman

Azərbaycan millisi tarixi qələbə qazanıb

Azərbaycan millisi tarixi qələbə qazanıb

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb.

 

"İnformator.az" xəbər verir ki, yığma ikinci turda Ukrayna seçməsi ilə üz-üzə gəlib.

 

Qarşılaşmanın ilk hissəsini məğlub başa vuran komanda ikinci yarıda əzmkar geridönüş edərək 77:68 hesablı qələbəyə sevinib.

 

Oyunun ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason seçilib. O, qarşılaşmada 20 xal və 17 ribaundla komandasının qələbəsində mühüm rol oynayıb. Bu nəticə Azərbaycanın U-18 millisinin Avropa çempionatının B divizionunda qazandığı ilk qrup qələbəsi kimi tarixə düşüb.

 

Qeyd edək ki, yığma qrup mərhələsində növbəti oyununu iyulun 26-sı Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.

#qələbə #millisi #qazanıb #xəbər #tarixi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər